Azpan - Official Panatta Sport dealer for Azerbaijan  

Haqqında

 


PANATTA SPORT gənc ədəbiyyatçı professor və eyni zamanda bodi-bildinq həvəskarı cənab

Rudi Panattanın təşəbbüsü ilə 1982-ci ildə İtaliyada təsis edilmişdir. R. Panattanın bu sahəyə olan dərin

marağı onu akademik karyerasından uzaqlaşmağa vadar edərək fitnes və idman avadanlıqıarının tədqiq

edilməsi, dizaynı və istehsalına yönəltdi. Onun inadkar səyləri nəticəsində kiçik bir emalatxana dinamik

sənaye istehsal müəssisəsinə çevrildi. Italiyada yerləşən mərkəzi idarədən savayı PANATTA Fransa,

İspaniya və Almaniyada mərkəzi təchizat məntəqələri təsis etmişdir. PANATTA məhsulları 55 ölkə bazarında

40-dan çox distribyutor vasitəsilə paylanılır. Şirkət bütün yaş kateqoriyalarını tənim edən 200-dən çox adda

məhsul təklif edir. Şirkətin bütün ölkələr üzrə 400-dən çox əməkdaşı vardır. Hər il şirkət Avropa və Asiya

ölkələrində, eləcə də dünyanın digər hissəsində keçirilən beynəlxalq sərgilər və yarmarkalarda iştirak edir.     

 

2007-ci ildə PANATTA tibbi reabilitasiya sektoruna məxsus “Air Machine Com” (Eyr Məşin Kom – Hava Maşınları)

adlı ticari markanı almışdır. Beləliklə PANATT SPORT-un kardio fitnes maşınları adlı yeni məhsulları icad edildi.  

 


            PANATTA məhsulları və hədəf qrupları  

 

      PINIFARINA (Pinifarina) kardio fitnes maşınları sırasında yeni konsepsiya olmaqla forma və texnologiyanın,

       gözəllik və funksionallığın mükəmməl harmoniyasını təqdim edir

 

Bora (Bora) müştərilərinə yüksək keyfiyyətə malik professional kardio fitnes maşınlarını

münasib qiymətlərlə təklif edir. Bu da geniş alıcı kütləsi arasında olduqca böyük marağa səbəb olmuşdur.  

 

XP LUX (İkspi Lyuks) mükəmməl biomexaniki və eleqant dizayna malik olan bu avadanlıqlar eksklyuziv

idman klublarının tələbatını tam ödəyir və yüksək dəbdəbənin konkret ifadəsidir.

 

FIT EVO (Fit Evo) hər bir müştərinin tələblərini ödəyəcək biomexaniki dizayn, funksionallıq və estetik gözəllik

təqdim etməklə bərabər istifadəçilərinə maksimum rahatlıq təmin edir. 

 

SEC (Sek) PANATTA-nın izotonik avadanlıq istehsal edən markasıdır və cəlbedici dizaynla bərabər

üzünömürlü firnes avdanlıqlarını təklif edir.

 

FREELINE (Frilayn) fiziki imkanları məhdud insanlar üçün bədənin yuxarı hissəsini məşq etdirmək məqsədilə

icad edilmişdir. Bu tip fitnes avdanlıqlarının məxsusi texniki dizaynı, geniş həcmə malik olması və blok sistemi

əlil insanların təhlükəsizliyini maksimum dərəcədə təmin edir.

 

FREEWEIGHT (Friueyt) üstünlüyün və təkrarolunmaz biomexanizmin emblemi olmaqla əzələ

qruplarının möhkəmləndirilməsi və müqavimətinin yaxşılaşdırılmasını təmin edir

 

KIDS (Kidz) uşaqlar üçün icad edilmiş xüsusi bir markadır ki, uşaqların böyüməsinə uyğun bir harmoniya təşkil

edir və onlarda texniki avadanlıqlardan istifadə vərdişləri yaradır

 

OASIS (Oazis) fitnes maşınları üzrə həqiqi adalara bənzər yenilik təklif edir. Yaşıl rəngli sonluq,

görünən mexanizmlərin gizlədilməsi və gözəgörünməz ştanqlar səssizlik abı-havasında məşq etmək

həzzini bəxş edir.

 

AIR SYSTEM (Eyr Sistem) müasir, çoxfunksiyalı, hər cür tələbə cavab verən və effektiv maşınlar təklif edir.

Bu yeni marka pnevmatik enerji texnologiyasının tətbiqi vasitəsilə izotonik fitnes maşınları üzrə

innovasiya yaratmışdır və yeniyetmə, qadın, 60 yaşdan yuxarı və ya professional idmançılar olmaqla

bütün yaş kateqoriyalarını və sosial təbəqələri əhatə edir.